Animasiya Filmlərin Tarixi: 1990 - 1996
Söhbətül-Əsmar (1994)
Söhbətül-Əsmar (1994)

Məzmun: Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb...
Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir.
Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar.
Festivallar və mükafatlar
1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
• Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur.
Film haqqında
• Applikasiya filmidir.
• Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
• Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur.
Film üzərində işləyənlər
Əsərin müəllifi : Məhəmməd Füzuli
Rejissor : Elçin Hami Axundov (Elçin Hami kimi)
Ssenari müəllifi : Dinarə Gərəkməzli, Elçin Haminin iştirakı ilə
Quruluşçu rəssam : Gülşən Quliyeva
Operator : Vyaçeslav Jestkov
Baş animator : Arifə Hatəmi, Rauf Dadaşov
Anturaj rəssamı : Hüseyn Cavid İsmayılov
Musiqi tərtibatı : İsmayıl Dadaşov
Rəssam : Sara Nəzirova, Elman Mirzəyev, Y. Quliyev, Ələkbər Məmmədov
Məsləhətçi : Sara Nəzirova
Mətnin müəllifi : Sara Nəzirova
Səs operatoru : Marat İsgəndərov
Filmi səsləndirənlər
Nuriyyə Əhmədova
Nizami Musayev
Kübra Dadaşova
Gülqız Süleymanova
Ələkbər Məmmədov
Gülçin Qocayeva