Məzmun: Burada insanın hansısa məqsədə, ideala təbii olaraq can atmasından və mənəviyyat korlanarsa, bu səyin, bu arzunun da pozula biləcəyindən danışılır.
Film haqqında
• Film mətnsizdir.
• Fəlsəfi-poetik pritça bir fikir ətrafında birləşmiş üç novelladan-"Yük", "Çevrə", "Qəribə Adam"dan ibarətdir.
• Film böyüklər üçün nəzərdə tutulmuşdur.
Film üzərində işləyənlər
Ssenari müəllifi : Yefim Abramov
Kinorejissor : Vahid Talıbov
Quruluşçu rəssam : Nikolay Koşkin
Kinooperator : Ramiz Ağayev
Bəstəkar : Mobil Babayev
Səs operatoru : Marat İsgəndərov
Montaj edən : Lidiya Vyalsova
Multiplikasiya rəssamı : A. Panov, Vahid Talıbov
Rəssam : Y. Melkumova, K. Qaqnidze, Fəridə Həşimova, Firəngiz Quliyeva, N. Ağayeva, Arifə Hatəmi, Solmaz Hüseynova, Q. Abdullayeva, Gülşən Quliyeva
Redaktor : Çingiz Qaryağdı
Filmin direktoru : Faiq Abdullayev
“Kürən” (1989)
Məzmun: Yaramaz Ağ kloun Xeyirxah kürən klouna həsəd aparır. Xeyirxah kürən hər dəfə özünü Yaramazın pis əməllərindən qorusa da çətin vəziyyətlərə düşür, amma qorxub geri çəkilmir.
Film haqqında
• "...Mövzu üzrə Kompozisiya" serialının I filmidir.
• Kinolent Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilmişdir.
Film üzərində işləyənlər
Rejissor : Firəngiz Qurbanova
Ssenari müəllifi : Dinarə Seyidova
Quruluşçu rəssam : Firəngiz Qurbanova, Fikrət Əhədov
Operator : Vladimir Lozovski
Bəstəkar : Leonid Vaynşteyn
Səs operatoru : Vladimir Kutuzov
Multiplikasiya rəssamı : Vladimir Şevçenko, Aleksandr Doroqov