Animasiya Filmlərin Tarixi: 1980 - 1985
Akvarium (1983)
Akvarium (1983)

Məzmun: "Akvarium" poetik filmdir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.
Festivallar və mükafatlar
1)1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsi
• Filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir.
Film haqqında
• Applikasiya filmidir.
• Film bəstəkar Əli Babayevin kinoda ilk işidir.
• Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.
Film üzərində işləyənlər
Ssenari müəllifi : Çingiz Hüseynov
Rejissor : Firəngiz Qurbanova
Quruluşçu rəssam : Firəngiz Qurbanova
Operator : Ramiz Ağayev
Quraşdırılmış səhnələrin operatoru : Aleksandr Milov
Bəstəkar : Əli Babayev
Səs operatoru : Akif Nuriyev
Multiplikasiya rəssamı : Rauf Dadaşov, Adolf Pedan, Vahid Talıbov, Dinarə Seyidova
Rəssam : Hüseyn Cavid İsmayılov, Ə. Mirzəyev, Yelena Dontsova(Y. Dontsova kimi), K. Qaqnidze, Y. Melkumova
Montaj edən : Nelli Dadaşova
Redaktor : D. Tahirova
Filmin direktoru : İ. Hüseynov
Rolda
Əmir Tağıyev-Uşaq

Balaca çoban (1985)
Balaca çoban (1985)

Məzmun: Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs eir. Evdəki passiv həyat uşağı daha da ruhdan salır, fiziki cəhətdən zəiflədir.
Lüzumsuz qadağalar, həddən artıq hamilik uşağın normal inkişafına xələl gətirir. Nəhayət, uşaq babası ilə birgə yaylağa gedir. Dağlarda, saf yaylaq havasında o sərbəstlik əldə edir. Səmərəli və özü üçün maraqlı işlə məşğul olur: az bir müddət ərzində uşaq möhkəmləşir və gördüyü bütün işlərdən zövq alır.
Nəticə: Valideynlərin öz övladlarını həddindən artıq himayə etməsinin əksinə olaraq, uşaqları daha sərbəst böyütmək fikri irəli sürülür. Belə olduqda uşaq daha ayıq baxışlı və sağlam böyümüş olar.
Film üzərində işləyənlər
Rejissor : Əsgər Məmmədov
Ssenari müəllifi : Dadaş Mehdi
Quruluşçu rəssam : Vaqif Məmmədov
Operator : Antonina Korotnitskaya
Bəstəkar : Vasif Adıgözəlov
Səs operatoru : Akif Nuriyev
Multiplikasiya rəssamı : Vahid Talıbov, Bəhmən Əliyev, Rauf Dadaşov, Arifə Hatəmi, Firəngiz Quliyeva (sonuncu şəxs titrlərdə yoxdur)
Rəssam : Gülşən Abdullayeva, Y. Melkumova, K. Qaqnidze, Hüseyn Cavid İsmayılov, Azər Qaryağdı, P. Axundov
Rejissor assistenti : Sima Qurbanova(S. Qurbanova kimi)(mövqe göstərilməyib)
Assistent : M. Hümbətov, Ziya Xəqani
Redaktor : Çingiz Qaryağdı
Montaj edən : Lidiya Vyalsova
Filmin direktoru : Faiq Abdullayev
Filmi səsləndirənlər
Zərnigar Ağakişiyeva-Ana (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Baba (titrlərdə yoxdur)