Nazim Məmmədov 1934-cü ildə Bakıda şəhərində dünyaya gəlib.

1957-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasında multiplikasiya kurslarını başa çatdırdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator işləyib. Özünün birinci, eləcə də Azərbaycanın ilk cizgi filmi olan “Ayı və siçan” filmini 1970-ci ildə çəkib. “Azərbaycanfilm” kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən N.Məmmədov 1988-ci ildə “Göyçək Fatma” adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb.

Onun yaratdığı cizgi filimləri dünya məşhur animasiya festivallarında iştirak edib. Nazim Məmmədov azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Uzun illər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyada çalışmış və Azərbaycan animasiyasının banisi olmuşdur. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan Nazim Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub. Azərbaycanda və Respublikadan kənarda coxaylı fərdi sərgiləri keçirilib. Onun rənkərlıq əsəsrləri muxtəlif kolleksiyalarda və muzeylərdə saxlanılır. Xocalı faciəsinə həsr edilmiş zəngin kolleksiyası Azərbaycan Milli Muzeyində saxlanınlır. Kitab qrafikası ilə məşhul olub və 400-dən artıq uşaq kitablarına illüstrasiyalar çəkib.

#
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Gənclər Fondu
Azərbaycan İncəsənət Konsulluğu
Rəsul Həsənov
#